Ucnoqta.az
www.ucnoqta.az

İranda zəlzələ olub

12:41 - 31 Mart 2019 tarixində dərc olunub.
İranın cənubunda 4,5 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Şiraz şəhərində 148 kilometr cənub-qərbdə, ocağı isə 15 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Müəllif: