Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Qaradağda sərnişin avtobusu yük avtomobilinə çırpılıb</b></font>

11:43 - 30 Mart 2019 tarixində dərc olunub.

Bakının Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb. 

Hadisə rayonun Ələt qəsəbəsində baş verib. Belə ki, Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu eyni istiqamətdə hərəkət edən ot bağlamaları ilə dolu "Shagman" markalı yük avtomobilinə çırpılıb. 

Hadisə yerinə xilasedicilər və təcili yardım briqadası cəlb olunub. Report
Bakı Nəqliyyat Agentliyindən Ucnoqta.az-a verilən məlumata görə, qəzaya uğrayan sərnişin avtobusu Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən müntəzəm marşrut xətlərinə aid deyildir.

Müəllif: