Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda yaşayış binasında yanğın olub

21:01 - 27 Mart 2019 tarixində dərc olunub.

Sumqayıt şəhərində yaşayış binasında yanğın hadisəsi baş verib.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 7 ədəd elektrik sayğacı və 6 p.m kabel yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Digər sayğaclar yanğından mühafizə olunub.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

Müəllif: