Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda <font color=red><b>Faciəli hadisə</b></font> - körpə enerji batareyası udaraq ölüb

19:26 - 27 Mart 2019 tarixində dərc olunub.

Cəlilabad rayonunda körpə enerji batareyasını udması nəticəsində ölüb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhərində qeydə alınıb.
Belə ki, 2017-ci il təvəllüdlü İbrahim Xalid oğlu Ağayevin halı pisləşdiyindən Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb. Müayinə zamanı onun mədəsində enerji batareyası aşkarlanıb. Həkimlərin səylərinə baxmayaraq, uşaq martın 26-da dünyasını dəyişib.

Qeyd edək ki, İ.Ağayev ailənin üçüncü övladı olub.

Müəllif: