Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>XİN</b></font>: Azərbaycan Prezidenti və Ermənistan baş naziri martın 29-da görüşəcək

10:47 - 27 Mart 2019 tarixində dərc olunub.

 Azərbaycan Prezidenti və Ermənistan baş naziri Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ucnoqta.az verilən məlumata görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.

Müəllif: