Ucnoqta.az
www.ucnoqta.az

Qəbələdə evdə partlayış - <font color=red><b>4 nəfər yaralanıb</b></font>

09:34 - 24 Mart 2019 tarixində dərc olunub.

Qəbələ rayonunda ümumi sahəsi 240 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisində partlayış baş verib.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, partlayış dalğasının təsirindən evin döşəməsi dağılıb və arakəsmə divarlarında çatlar əmələ gəlib. Yanğın hadisəsi olmayıb. Hadisə zamanı 4 nəfər xəsarət alıb. İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Müəllif: