Ucnoqta.az
www.ucnoqta.az

Gəncə-Bakı reysinə dəyişiklik edilib

11:13 - 23 Mart 2019 tarixində dərc olunub.
"Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə həmin reysə dəyişiklik edib. QSC-dən verilən məlumata görə, 25.03.2019-cu il tarixində Gəncədən bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı təyin edilir. Qatar Gəncədən saat 18:00-da yola düşəcək və saat 22:15-də Bakıya çatacaq.
Müəllif: