Ucnoqta.az
www.ucnoqta.az

Bakıda gənc oğlan özünü 8-ci mərtəbədən atıb

09:14 - 23 Mart 2019 tarixində dərc olunub.

Bakıda intihar hadisəsi qeydə alınıb. 

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. Yeni Yasamal yaşayış massivində 2001-ci il təvəllüdlü Xəlilzadə Nihat Xəyyam oğlu yaşadığı binanın 8-ci mərtəbəsindən özünü yerə atıb. O, hadisə yerində ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. 

Müəllif: