Ucnoqta.az
www.ucnoqta.az

Qubada avtomobil dərəyə aşıb, <font color=red><b>xəsarət alanlar var</b></font>

16:18 - 20 Mart 2019 tarixində dərc olunub.

Quba rayonunda avtomobil dərəyə aşıb.

Hadisə Quba-Qonaqkənd avtomobil yolunun 38-ci kilometrliyində qeydə alınıb. Belə ki, KİA markalı, 90 HX 904 dövlət nömrə nişanlı avtomobilin dərəyə aşması nəticəsində Sumqayıt şəhər sakinləri - 1971-ci il təvəllüdlü Məryəm Gülbala qızı Məmmədova və 1965-ci il təvəllüdlü Barat Abbas oğlu Məmmədov müxtəlif bədən xəsarətləri alıb və onlar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Avtomobildə olan digər 3 sərnişin yüngül xəsarətlər alıb. Hadisəyə qarlı hava şəraitinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: