Ucnoqta.az
www.ucnoqta.az

Nigar Camalın Mədət Quliyevin oğlu ilə çəkildiyi klip - <font color=red><b>Nazir təqdimatda - Video</b></font>

11:58 - 19 Mart 2019 tarixində dərc olunub.

Ötən gün restoranların birində Nigar Camalın klip təqdimatı mərasimi baş tutub.

Ucnoqta.az Milli.Az-a istinadən xəbər verir ki, ölkəmizi "Avroviziya"da təmsil edən müğənni "Get həyatımdan" adlı mahnısını təqdim edib. "Eurovision 2011"in qalibi klipə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə birgə çəkilib.
Klip təqdimatında DTX rəisi, general-polkovnik Mədət Quliyev, Nərgiz Cəlilova, Oksana Rəsulova, Kamilə Babayeva, müğənni Samir Cavadzadə və başqaları iştirak ediblər.

Mədət Quliyev çıxışı zamanı müğənnini klipə görə təbrik edib, oğluna həmişə dəstək olduğunu söyləyib.

Müəllif: