Ucnoqta.az
www.ucnoqta.az

Hindistanda körpü uçdu, ölənlər və yaralananlar var

00:38 - 15 Mart 2019 tarixində dərc olunub.

Hindistanın Mumbay şəhərində piyada körpüsü uçub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, körpünün uçması nəticəsində azı 5 nəfər həlak olub, 36 nəfər isə xəsarət alıb. Məlumata əsasən, insident axşam saatlarında Çxatrapati Şivadji vağzalı yaxınlığında baş verib.

"NDTV" telekanalı bildirir ki, səhər saatlarında körpü təmir işləri aparılıb.

Müəllif: