Ucnoqta.az
www.ucnoqta.az

Avtomobil yüksək sürətlə dayanacağa çırpıldı: <font color=red><b>Dəhşətli qəza anı kameralarda - Video</b></font>

22:28 - 14 Mart 2019 tarixində dərc olunub.

Qəzaya 23 yaşlı tələbə qızın sükan arxasında yatması olduğu bildirilib

Rusiyanın Volqoqrad vilayətində “Kia Rio” markalı avtomobil yüksək sürətlə dayanacağa çırpılıb. Avtosfer.az xəbər verir ki, hadisənin videosu “Life Shot” telegram-kanalında yayımlanıb.
Kadrlarda görünür ki, döngəli yolda dönməli olan sürücü yüksək sürətlə əvvəlcə dayanacağa, sonra da avtobus gözləyən iki qıza çırpılır. Qəzanın şiddətindən qızlardan biri havaya qalxaraq metrlərlə irəliyə düşür.

Başından ağır xəsarətlər alan qız xəstəxanaya yerləşdirilib.

Şahidlərin sözlərinə görə, qəza 23 yaşlı tələbə qızın sükan arxasında yatması səbəbindən baş verib.

Qəza ilə bağlı araşdırma aparılır.

Müəllif: