Ucnoqta.az
www.ucnoqta.az

Ronaldu ÇL-də het-triklərin sayına görə Messiyə çatıb

08:47 - 13 Mart 2019 tarixində dərc olunub.

Turin "Yuventus"unun portuqaliyalı hücumçusu Kriştianu RonalduÇempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko Madrid"ə qarşı keçirilən cavab matçında (3:0) het-trik edib.

Bunun sayəsində Ronaldunun ÇL-də hesabında olan het-triklərin sayı 8-ə çatıb. O hazırda bu göstəriciyə görə, "Barselona"nın forvardı Lionel Messi ilə birinci yeri bölüşür. Onların yaxın izləyicilərinin ən çoxu üç het-triki var. Report

Müəllif: