Ucnoqta.az
www.ucnoqta.az

Britaniya parlamenti "Brexit" üzrə saziş layihəsini qəbul etməyib

00:03 - 13 Mart 2019 tarixində dərc olunub.

Britaniya parlamentariləri Avropa İttifaqı (Aİ) ilə "Brexit" barədə saziş layihəsini qəbul etməyib.

"Report" "Sky News"a istinadən xəbər verir ki, 391 deputat baş nazir Tereza Mey tərəfindən təqdim edilən layihənin əleyhinə, 242-si isə lehinə səs verib.

Müəllif: