Ucnoqta.az
www.ucnoqta.az

Nazir: Serbiya heç vaxt NATO-ya daxil olmayacaq

19:38 - 12 Mart 2019 tarixində dərc olunub.

Serbiya neytrallıq siyasətinə sadiq qalacaq və heç vaxt NATO-ya daxil olmayacaq.

Trend-in məlumatına görə, bunu Serbiyanın İnnovasiyalar və texnoloji inkişaf üzrə naziri Nenad Popoviç deyib.
Serbiyalı nazir deyib: "Şahidi oluruq ki, Balkanlarda bəzi ölkələr NATO-ya üzv olmağa can atırlar. Lakin Serbiya hərbi neytarllıq mövqeyində möhkəm dayanıb. Serbiya heç vaxt NATO-nun üzvü olmayacaq. Ölkə vətəndaşlarının 99 faizi bu mövqeyi dəstəkləyir".

Müəllif: