Ucnoqta.az
www.ucnoqta.az

Bakıda qardaş bacısını bıçaqladı

13:56 - 11 Mart 2019 tarixində dərc olunub.

Hadisə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində baş verib.

Həmin qəsəbədə yaşayan, əvvəllər məhkum olunmuş C.Əzimov evində münaqişə zəminində bacısına bıçaqla xəsarət yetirib. Qadın xəstəxanaya yerləşdirilib. 38-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Əzimov saxlanılıb.

Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. olke.az

Müəllif: