Ucnoqta.az
www.ucnoqta.az

Bakıda şagirdi döyən müəllim <font color=red><b>İŞDƏN ÇIXARILDI- Video</b></font>

12:29 - 11 Mart 2019 tarixində dərc olunub.

Bakıda şagirdi döyən müəllim işdən çıxarılıb.

Ucnoqta.az Unikal.org-a istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu 30 nömrəli orta məktəbdə 11-ci sinif şagirdini vəhşicəsinə döyən hərbi hazırlıq müəllimi Mehman Mənsimov Bakı Şəhər Baş Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin əmri ilə işdən azad olunub.

Qeyd edək ki, 30 nömrəli məktəbin 11-ci sinif şagirdlərindən biri müəllimin bu hərəkətlərini telefonla çəkib. Videodan da göründüyü kimi müəllim uşağın ağzına, başına və bədəninin müxtəlif hissələrinə zərbələr endirir.

Müəllif: