Ucnoqta.az
www.ucnoqta.az

Rusiya yeni silahını sınaqdan keçirdi - <font color=red><b>Video</b></font>

21:00 - 10 Mart 2019 tarixində dərc olunub.

Rusiya yeni, vizual optik maneə stansiyasının sınağını keçirib.

Bu barədə “Zvezda” telekanalı məlumat yayıb. “Filin” adlandırılan kompleks alatoranlıq  və qaranlıqda hədəfləri, gecə görmə cihazlarını, 5 kilometr məsafədəki tank əleyhinə idarə olunan raketlərin “görmə” qurğularını neytrallaşdıra bilir.

Verilən məlumata görə, bu güclü projektora bənzər bir sistem olub, düşmən mövqeyindəki əsgərlərdə hallunasiyalar yarada bilir, texniki avadanlığı sıradan çıxarır.

Bu sistemin artıq Rusiya hərbi flotunun bir-neçə gəmisində quraşdırıldığı bildirilir./oxu.az

Müəllif: