Ucnoqta.az
www.ucnoqta.az

Qazaxda çağırışa gedən təcili yardım maşını qəzaya düşdü

16:32 - 10 Mart 2019 tarixində dərc olunub.

Qazaxda təcili tibbi yardım avtomobili “VAZ” markalı avtomobillə toqquşub.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Qəza nəticəsində “VAZ”da olan rayon sakini, 1996-ci il təvəllüdlü Musayev Cabir xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, təcili yardım avtomobili çağırış əsasında xəstəyə ilkin müdaxilə üçün ünvana gedirmiş.

Müəllif: