Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda kütləvi dava: <font color=red><b>ata və oğul xəsarət alıb</b></font>

22:45 - 9 Mart 2019 tarixində dərc olunub.

Cəlilabad rayonunun Günəşli kəndində kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hələlik məlum olmayan səbəblərdən tanışlar arasında yaranan mübahisə, sonradan davaya çevrilib.

Hadisə nəticəsində 3 nəfər kənd sakini - 1948-ci il təvəllüdlü Miriyev Mehmanağa Miri oğlu, onun oğlu 1991-ci il təvəllüdlü Miriyev Mirvahid Mehmanağa oğlu və 1982-ci il təvəllüdlü Əhmədov Ceyhun Nadir oğlu müxtəlif xəsarətlərlə xəstəxanaya müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: