Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda “TOFAŞ” elektrik dirəyinə çırpıldı - <font color=red><b>Sürücü öldü</b></font>

14:08 - 8 Mart 2019 tarixində dərc olunub.

Sumqayıt şəhərinin Sahil küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən verilən məlumata görə, martın 7-də saat 23 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində Köhnə Kotec qəsəbə sakini Ə.Nərimanzadə idarə etdiyi “TOFAŞ” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.
Nəticədə avtomobildəki sərnişinlərdən Sumqayıt şəhər sakini E.Bağırov hadisə yerində ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Müəllif: