Ucnoqta.az
www.ucnoqta.az

Prospektdə qəza - <font color=red><b>Minik avtomobili iki yük maşınının arasında qaldı</b></font>

15:28 - 7 Mart 2019 tarixində dərc olunub.

Paytaxtda, Heydər Əliyev prospektində qəza baş verib.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, qəza prospektin köməkçi yolunda, metronun "Koroğlu" stansiyası istiqamətində qeydə alınıb. “Hundai” markalı 90-NO-760 dövlət nömrə nişanlı minik avtomobili “Shacman” və “İsuzu” markalı yük avtomobillərinin arasında qalıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Qəza nəticəsində Heydər Əliyev prospektinin köməkçi yolunda tıxac yaranıb.

Müəllif: