Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda ev yanıb, <font color=red><b>ata və oğlu ölüb</b></font>

09:37 - 7 Mart 2019 tarixində dərc olunub.
Xaçmaz rayonunda ev yanıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə rayonun Yalama kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi sahəsi 20 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.  Yanğının kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Qədirov Əjdər Tofiq oğlunun və 2013-cü il təvəllüdlü Qədirov Taleh Əjdər oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.  Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.  Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Müəllif: