Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Donald Tusk</b></font>: Qarabağ münaqişəsi üzrə hazırkı status-kvo uzun müddət davam edə bilməz

17:17 - 5 Mart 2019 tarixində dərc olunub.

Dağlıq Qarabağ münaqişəsi üzrə hazırkı status-kvo uzun müddət davam edə bilməz.

Bunu Avropa İttifaqı Şurasının sədri Donald Tusk Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla birgə brifinqdə deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların aparılması ümid verir:

"Danışıqlar prosesi və iki ölkənin təmasları ümid verir. Hazırkı status-kvo uzun müddət davam edə bilməz. Beynəlxalq hüquqa uyğun olaraq siyasi həll yolunu tapmaq lazımdır".
trend

Müəllif: