Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Bakıda xəstəxanada 3 günlük körpə ölüb</b></font>

16:06 - 4 Mart 2019 tarixində dərc olunub.

 Ötən gecə Bakıdakı xəstəxanada 3 günlük körpə ölüb.

Hadisə K.Fərəcova adına Elmi Tədqiqat (ET) Pediatriya İnstitutunda (OMD kimi tanınır) baş verib. Faktı İnstitutun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev təsdiqləyib. O qeyd edib ki, Quliyev soyadlı körpə ağır diafraqma yırtığı diaqnozu ilə instituta daxil olub:

"Onu əməliyyat etsək də həyatını xilas etmək mümkün olmadı. Çünki anadangəlmə ağır xəstəliklə doğulmuşdu. Ölkədə ağır vəziyyətdə doğulan körpələr bura gətirilir və onların bəzilərinin həyatını xilas etmək olmur". report

Müəllif: