Ucnoqta.az
www.ucnoqta.az

Göyçayda dəhşətli <font color=red><b>Yanğın- 43 yaşlı kişi evdə yandı</b></font>

10:57 - 4 Mart 2019 tarixində dərc olunub.

Göyçay rayonunda dəhşətli yanğın baş verib.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə birmərtəbəli üçotaqlı evdə qeyd alınıb. Belə ki, ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1976-cı il təvəllüdlü Niftəliyev Bəxtiyar Bahadur oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 

Müəllif: