Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda ekoturizm konsepsiyası hazırlanacaq

19:32 - 1 Mart 2019 tarixində dərc olunub.

Azərbaycanda qısa müddətdə ekoturizm konsepsiyası hazırlanacaq.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə bildirib. Onun sözlərinə görə, konsepsiya iki ay ərazində hazırlanacaq:
“Azərbaycanda ekoturizm konsepsiyasının hazırlanması istiqamətində xarici ekspertlərlə birlikdə işlər aparılır. Dövlət Turizm Agentliyinin dəvətilə bu yaxınlarda ölkəmizə gələn xarici ekspert Milli parklarımızla tanış olub. Apreldə ölkəmizə Çexiyadan ekspert gələcək. O bizə Milli parklarımızda nişanlama işlərinin aparılmasına yardım edəcək”.

Hikmət Əlizadə qeyd edib ki, Azərbaycanda ekoloji turizmə maraq artır:
“Ölkəmizdə ekoloji turizmin inkişafı üçün potensial var. Milli parklara giriş iki manatdır. Milli parklarda bəzi xidmətlər pulludur”. oxu.az

Müəllif: