Ucnoqta.az
www.ucnoqta.az

"El-Klassiko"nun hakimi dəyişdirildi - <font color=red><b>zədələnib</b></font>

22:10 - 28 Fevral 2019 tarixində dərc olunub.

La Liqanın 26-cı turunda keçiriləcək "Real" - "Barselona" oyununun hakimi dəyişdirilib.

Qol.az-ın İspaniya Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanı Alxandro Ernandes Ernandes idarə etməli olsa da, referi zədələndiyindən, görüş Alberto Undiano Malenkoya həvalə olunub.

Qeyd edək ki, martın 2-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. "Barselona" dünən İspaniya kubokunun yarımfinal mərhələsinin cavab matçında səfərdə "Real"ı 3:0 hesabı ilə məğlub edərək, finala yüksəlib.

Müəllif: