Ucnoqta.az
www.ucnoqta.az

Xızıda ev yanıb, iki nəfər xəsarət alıb

16:50 - 27 Fevral 2019 tarixində dərc olunub.

Xızı rayonunda fərdi yaşayış evi yanıb, iki nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, yanğın rayonun Yarımca kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evdə baş verib. Belə ki, evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı 2 nəfər xəsarət alıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Müəllif: