Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Güclü geomaqnit qasırğası başlayıb</b></font>

14:29 - 27 Fevral 2019 tarixində dərc olunub.

Yer kürəsində güclü geomaqnit qasırğası başlayıb. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, təbiət hadisəsi martın 2-dək davam edəcək. Mütəxəssislər bu qasırğanın insan səhhətinə mənfi təsir edəcəyini və xroniki xəstəliklərdən əziyyət çəkənlərin diqqətli olmasını tövsiyə edirlər. Yerə yaxınlaşan Günəş küləyi yuxusuzluq, ağır baş ağrısı, ürək-damar sistemində pozulmalar və tez-tez əhval-ruhiyyənin düşməsinə səbəb ola bilər.

Eyni zamanda, peyk rabitəsi və naviqasiya sistemlərində müəyyən texniki nasazlıqlar qeydə alına bilər. 

Müəllif: