Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə Parlamentinin yeni spikeri Azərbaycana gələcək

11:53 - 25 Fevral 2019 tarixində dərc olunub.

Türkiyə Parlamentinin yeni seçilmiş spikeri Mustafa Şentop Azərbaycana səfər edəcək.

M.Şentop həmçinin Şimali Kiprə də səfər edəcək. Səfərlərin dəqiq tarixi barədə məlumat verilmir.
Qeyd edək ki, fevralın 24-də keçirilmiş səsvermə nəticəsində hakim Ədalət və İnkişaf Partiyasının namizədi Mustafa Şentop Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.trend

Müəllif: