Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 19 yaşlı qız atasını bıçaqladı

11:10 - 25 Fevral 2019 tarixində dərc olunub.

Fevralın 23-də Bakının sabunçu rayonunda gənc qız atasını bıçaqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsindən baku.ws-ə məlumat veriblib. Verilən məlumata görə, Ramana qəsəbə sakini 49 yaşlı İlham Hüseynov bıçaqlanıb. Onu ağır vəziyyətdə Sabunçu rayon xəstəxanasına yerləşdiriblər. Vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, onun qızı 19 yaşlı Günel Hüseynova tərəfindən bıçaqlandığı bildirilir. Hadisə isə ailə münaqişəsi zəmnində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: