Ucnoqta.az
www.ucnoqta.az

Bir gecədə 4 nəfər qazdan zəhərləndi - <font color=red><b>Şamaxıda</b></font>

10:45 - 25 Fevral 2019 tarixində dərc olunub.

Gecə saatlarında Şamaxıda ard-arda 4 nəfər dəm qazından zəhərlənib. 

Olaraq şəhərin Salman Mümtaz küçəsinin sakini 1957-ci il təvəllüdlü Şabanı Xədicə Bayram qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra həmin küçənin digər sakini 1992-ci il təvəllüdlü Elvin Muradov, gecənin digər saatlarında Cəfər Cabbarlı küçəsində yaşayan 1988-ci il təvəlüddlü Əmralı Diləfruz Dadaş qızı və 8 yaşlı Əmralı İslam Murad oğlu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Dəm qazından zəhərlənmiş şəxslərə ilkin müdaxilələr edilib, vəziyyətləri qənaətbəxşdir.
Hazırda hər üç faktla bağlı araşdırma aparılır. /qafqazinfo

Müəllif: