Ucnoqta.az
www.ucnoqta.az

Ayaz Salayev: <font color=red><b>“İbrahimbəyov bu birliyi parçalayıb”</b></font>

12:34 - 22 Fevral 2019 tarixində dərc olunub.

“Mən bizim ittifaqın mətbuat xidməti rəhbəri Əli Vəliyevin Rüstəm İbrahimbəyov barəsində fikirləri ilə tanş oldum, dediklərini dəstəkləyirəm, olduqca cəsarətli addım atıb”.

Ucnoqta.az xəbər verir ki, bu sözləri Musavat.com-a Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqının katibi Ayaz Salayev R.İbrahimbəyovun təşkilatının katibi Əli İsa Cabbarovun sözlərinə münasibət bildirərkən deyib.
A.Salayev qeyd edib ki, R.İbrahimbəyovun təşkilatından fərqli olaraq ARKİ-də fikir müxtəlifliyi, demokratiya var: “Bu ittifaq bir adamın deyil. Əli İsa Cabbarov deyir ki, Əli Vəliyevə verdiyi açıqlamaya görə töhmət olub. Amma yalandır”.

A.Salayev Ə.İ.Cabbarovun “kino naminə birgə səylər göstərməliyik” çağırışına belə cavab verib: “Mən belə hesab edirəm ki, onun üzvü olduğu təşkilatın sədri bu birliyi parçalayıb”.

Qeyd edək ki, R.İbrahimbəyovun sədri olduğu Azərbaycan Kinemotoqrafçılar İttifaqı katiBi Ə.İ.Cabbarov ARKİ-nin mətbuat xidməti rəhbərinin açıqlamasına görə tənbeh edildiyini söyləmişdi.

Müəllif: