Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda daha bir doğuş faciəsi- <font color=red><b>yeni doğulan körpə öldü</b></font>

11:43 - 22 Fevral 2019 tarixində dərc olunub.

Bərdə rayonunda doğuş zamanı körpə vəfat edib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə fevralın 21-i gecə 2 radələrində baş verib. Tərtər rayon sakini, 1981-ci il təvəllüdlü Gülxarə Əhmədova 29-30 həftəlik hamiləlik, vaxtından əvvəl doğuş diaqnozu ilə Bərdə rayon doğum evinə daxil olub. Doğuşdan bir neçə dəqiqə sonra yeni doğulmuş oğlan uşağı ölüb.

Daxil olmuş məlumat əsasında dərhal məhkəmə-tibb ekspertizası təyin edilərək uşağın meyitinə baxış keçirilib, digər zəruri hərəkətlər yerinə yetirilib.
Bərdə rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: