Ucnoqta.az
www.ucnoqta.az

Kanadada faciəvi yanğın: <font color=red><b>bir ailənin 7 uşağı həlak oldu</b></font>

00:05 - 20 Fevral 2019 tarixində dərc olunub.

Kanadanın Halifaks şəhərində yanğın nəticəsində 7 uşaq həlak olub.

Trend-in məlumatına görə, faktı şəhər polisi təsdiqləyib. Yanğın şəhərin cənubunda yerləşən ikimərtəbəli evdə baş verib. Polisin verdiyi məlumata əsasən, ölənlər bir ailənin uşaqlarıdır. Qeyd olunur ki, hadisə nəticəsində bir qadın və kişi yaralanıb, onlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

CTV telekanalın məlumatına görə, söhbət suriyalı ailədən gedir. Qonşular bildirir ki, ölən uşaqlardan ən kiçiyi 3 aylıq olub.

Müəllif: