Ucnoqta.az
www.ucnoqta.az

Quş fermasında <font color=red><b>Yanğın:</b></font> minlərlə cücə tələf olub

07:24 - 18 Fevral 2019 tarixində dərc olunub.

Yaponiyanın Honsü adasında, Omitama şəhərində yerləşən quş fermasında böyük yanğın baş verib.

Yanğın nəticəsində minlərlə cücə tələf olub. Yanğın bazar günü axşam saatlarında baş verib. Fermanın 4 tikilisi tamamilə yanıb. Hazırda yanğın söndürülüb. Hadisənin səbəbi məlum deyil. Fermanın əməkdaşları yanğın nəticəsində xəsarət almayıb.

Polisin verdiyi məlumata əsasən, quş fermasında təxmini 80 min toyuq-cücə saxlanılırdı.

Müəllif: