Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki "Mercedes" markalı avtomobil toqquşub - <font color=red><b>Foto</b></font>

18:53 - 17 Fevral 2019 tarixində dərc olunub.

 Bakının Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan "99-KC-235" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil Dilarə Əliyeva küçəsində eyni markadan olan "90-PR-664" dövlət qeydiyyat nişanlı maşına arxadan çırpılıb.

Nəticədə hər iki maşına ziyan dəyib. Xəsarət alan olmayıb.

Müəllif: