Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Çeçen güləşçi:</font> "Hər iki xalqın nümayəndələrini belə təxribatlara uymamağa çağırıram"</b>

15:56 - 17 Fevral 2019 tarixində dərc olunub.

Moskvada çeçenlərlə azərbaycanlılar arasında baş verən insident təxribatdır və mən bu cür təxribatlara uymamağa çağırıram.

 

Ucnoqta.Az xəbər verir ki, bunu Trend-ə sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi, çeçen əsilli Zəlimxan Hüseynov bildirib. O, hər iki xalqın nümayəndələrini belə təxribatlara uymamağa çağıraraq deyib:

 

"Hörmətli qardaşlar, bu cür təxribatlara uymayın. Çünki bu hərəkətlər İslamın bütün normalarına ziddir. Mən Azərbaycanda sərbəst güləş üzrə millinin böyük məşqçisiyəm. Hər kəsi bir-birinə hörmət, səbr və qarşılıqlı anlaşma göstərməyə çağırıram".

 

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlılar və çeçenlər arasında məişət zəminində münaqişə olub. Hadisə yerinə gələn polis əməkdaşları 18 nəfəri saxlayıb.

Müəllif: