Ucnoqta.az
www.ucnoqta.az

Binə sakini istixanada narkotik becərirmiş- <font color=red><b>polis aşkarladı</b></font>

13:47 - 15 Fevral 2019 tarixində dərc olunub.

Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında Binə qəsəbə sakini C.Məcidova məxsus həyətyanı sahədə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən oradakı istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 150 ədəd çətənə kolu və çəkisi 5,1 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: