Ucnoqta.az
www.ucnoqta.az

Lerikin kəndində elektrik naqilləri əsl <font color=red><b>Təhlükə Mənbəyidir- Foto</b></font>

10:42 - 15 Fevral 2019 tarixində dərc olunub.

Lerik rayonu Vizezemin kəndində elektrik xətləri sakinlər üçün təhlükə mənbəyidir.

Ucnoqta.az xəbər verir ki, elektrik dirəklərindən asılmış naqillər həddindən aşağı səviyyədə olduğundan hətta əl ilə toxunmaq mümkündür. Kənd sakinlərinin verdiyi məlumata görə, fotoda görünən bu dirəklər kənd məktəbinin yaxınlığındadır ki, bu da məktəblilər üçün də təhlükə yaradır. Sakinlər aidiyyatı idarələrə müraciət etsələr də problem həllini tapmayıb.

Müəllif: