Ucnoqta.az
www.ucnoqta.az

Bakı-Quba yolunda yük maşını aşdı-<font color=red><b> Foto</b></font>

10:26 - 12 Fevral 2019 tarixində dərc olunub.

Bakı-Quba magistral yolunda ağırtonajlı yük maşını aşıb.

Yolun Quba istiqamətində olan hərəkət zolağında yük maşını sürücünün idarəetməsindən çıxaraq metal çəpərlərə çırpılıb. Nəqliyyat vasitəsi daha sonra aşaraq yolun hərəkət hissəsini tutub.
Qəza nəticəsində xoşbəxtlikdən ölən olmayıb. Magistral yolda hərəkət yarım saatdan çox dayanıb.

Əraziyə polis əməkdaşları gəlib. 
Faktla bağlı araşdırma aparılır.publika.az

Müəllif: