Ucnoqta.az
www.ucnoqta.az

Xorvatiyanın ətraf mühit və energetika naziri Bakıya gələcək

19:00 - 11 Fevral 2019 tarixində dərc olunub.

Xorvatiyanın ətraf mühit və energetika naziri Tomislav Çoriç Azərbaycana səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Report”a həmin ölkənin Azərbaycandakı səfirliyindən bildiriblər.
Qeyd edək ki, xorvatiyalı nazir fevralın 20-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında iştirak edəcək.

Nümayəndə heyətinə Xorvatiyanın “Plinacro” və “LNG Croatia” şirkətlərinin nümayəndələri də daxil olacaq.

Müəllif: