Ucnoqta.az
www.ucnoqta.az

İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda olub <font color=red><b>-Foto</b></font>

11:53 - 7 Fevral 2019 tarixində dərc olunub.

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya gəlib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat verdilər.

Prezident İlham Əliyev zəlzələdən zərər çəkən tikililərə baxdı, sakinlərlə söhbət etdi.

Müəllif: