Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Formula 1 yarışı daha 3 il Azərbaycanda keçiriləcək</b></font>

10:12 - 5 Fevral 2019 tarixində dərc olunub.
Formula 1 yarışı daha 3 il Azərbaycanda keçiriləcək. Bununla bağlı bu gün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Formula 1 Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri saziş imzalayıb. A.Rəhimov qeyd edib ki, Formula 1 yarışının Azərbaycanda keçirilməsi mühüm amildir və Azərbaycan daha 3 il bu yarışmaya ev sahibliyi edəcək. Qeyd edək ki, Formula 1 açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatıdır. Formula 1 üzrə dünya çempionatı hər il keçirilir və Qran Pri statusu daşıyan ayrı-ayrı mərhələlərdən ibarət olur. İlk dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub. Bu il Bakıda artıq 4-cü dəfə keçiriləcək Formula 1 yarışlarına aprelin 26-dan start veriləcək. Trend
Müəllif: