Ucnoqta.az
www.ucnoqta.az

Almaniyada 72 reys təxirə salınıb- <font color=red><b>işçilər tətil edir</b></font>

09:07 - 5 Fevral 2019 tarixində dərc olunub.

Almaniyanın Hamburq hava limanında işçiləri kütləvi etiraza başlayıblar.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, işçilərin işə çıxmaması səbəbindən 72 reys təxirə salınıb və 9 min sərnişin yolda qalıb. İşçilər maaşlarının 275 avro artırılmasını tələb edir. Hava limanı rəhbərliyi isə bu rəqəmin yüksək olduğunu bildirir.

Etirazçılar tələbin yerinə yetirilməyəcəyi təqdirdə tətilin davam etdiriləcəyini açıqlayıblar.

Müəllif: