Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda canavarlar 7 baş qoyunu parçalayıb - <font color=red><b>Foto</b></font>

20:00 - 3 Fevral 2019 tarixində dərc olunub.

Goranboy rayonunun Boluslu kəndində canavarlar 7 baş qoyunu parçalayıblar.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə 93 yaşlı kənd sakini Sarı Əliyevin fərdi təsərrüfatında baş verib. S.Əliyev 40 baş xırdabuynuzlu mal-qaranı tövləyə salaraq evə gedib. Bir müddətdən sonra səs-küyə bayıra çıxıb.

Məlum olub ki, həyətə bir neçə canavar girib və qoyunlardan 7-ni parçalayıb. Bir neçə heyvan yaralanıb. Hadisə ilə bağlı rayon baytarlıq idarəsinə məlumat verilib.

Müəllif: