Babək prospektində yenə yol çökdü - <font color=red><b>Maşın çuxura düşdü+ Foto</b></font>
08:23 - 1 Fevral 2019 tarixində dərc olunub.
Babək prospektində yenidən asfalt örtüyü çöküb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün axşam saatlarında baş verib.
Yolun çökməsi nəticəsində dərin çuxur yaranıb. Hərəkətdə olan minik avtomobili çuxura düşüb.
Qeyd edək ki, prospekt aylardır aparılan yenidənqurma işlərindən sonra ötən il dekabrın 10-da sürücülərin istifadəsinə verilib.