Ucnoqta.az
www.ucnoqta.az

Qobustanda qoruq ərazisindən tapança və patronlar tapılıb

16:41 - 25 Yanvar 2019 tarixində dərc olunub.

Qobustanda qoruq ərazisindən tapança və patronlar tapılıb.

DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Qaradağ Rayon Mühafizə Şöbəsi və 11-ci Polis Bölməsinin əməkdaşları daxil olmuş məlumat əsasında birgə tədbir keçiriblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Qobustan milli qoruğunun ərazisindən sellofana bükülmüş 1 ədəd tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Müəllif: