Ucnoqta.az
www.ucnoqta.az

Neftçalada üç uşaq anası itkin düşüb - <font color=red><b>FOTO</b></font>

21:00 - 18 Yanvar 2019 tarixində dərc olunub.

Neftçala rayonunda üç uşaq anası itkin düşüb. 

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kürqarabucaq kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Nuranə Elxan qızı Səmədova yanvarın 10-da gecə saat 05:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Artıq bu barədə doğmaları tərəfindən polisə məlumat verilib. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: